.
.

Putin hər gün yatmazdan əvvəl qızdırmasını ölçür - Özü açıqladı

01:19 - 28 Mart
    9400 oxunma


Rusiya prezidenti koronavirusla mübarizə məqsədilə maraqlı addım atıb. Bizimxeber.az bildirir ki, Putin tanınmış jurnalist Pavel Zarubinə verdiyi müsahibəsində koronavirusa qarşı aşılandıqdan sonra yatmazdan əvvəl komodun üstünə termometr qoyduğunu söyləyib: "Hər ehtimala qarşı yatarkən şkafımın üstünə termometr qoyuram".

Qeyd edək ki, bu həftə dövlət başçısı COVID-19-a qarşı peyvənd olunub. Kreml prezidentə hansı vaksinin vurulduğunu açıqlamır.

Bu üç rus vaksindən  biri - Sputnik V, EpiVacCorona və ya KoviVak ola bilər. Vaksinlərdən yalnız ilk ikisi 60 yaşdan yuxarı insanlara vurulmaq üçün təsdiqlənib. Təlimata görə, "Sputnik V" nin ikinci inyeksiyası üç həftədə, "EpiVacKorona" isə iki və ya üç həftədə edilməlidir.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, peyvənddən sonra Putinin heç bir yan təsiri olmayıb, özünü yaxşı hiss edir. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84