Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib

13:22 - 09 Noyabr
    2860 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı Qarabağ probleminin həlli ilə bağlı İşçi Qrupu yaradılmasını təklif edib. 

Bu barədə CNN Türk telekanalı diplomatik mənbəyə istinadən xəbər verib. Bildirilir ki, Vladimir Putin Türkiyə liderinin təklifini alqışlayıb. 

Telekanalın məlumatına görə, yaxın günlərdə Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupunun işindən kənar həyata keçiriləcək ikitərəfli formata çevrilə bilər. Yeni İşçi Qrupu atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Qarabağdakı vəziyyəti şənbə günü müzakirə ediblər. Tərəflər bölgədəki münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlardan sonra hər iki ölkənin Xarici İşlər nazirlərinin də telefon danışıqları apardığı bildirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84