Putin Dağlıq Qarabağdakı hadisələri faciə adlandırdı - AÇIQLAMA

12:13 - 07 Oktyabr
    1900 oxunma

"Dağlıq Qarabağdakı münaqişə bir faciədir və Kreml baş verənlərdən çox narahatdır". 

Bizimxeber.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya 24" kanalında verdiyi müsahibədə bildirib. “Əlbətdə ki, bu böyük bir faciədir. İnsanlar ölür, hər iki tərəf də ağır itkilər verir. Ümid edirik ki, bu qarşıdurmaya yaxın gələcəkdə son qoyulacaq.

Putin həmçinin hər iki tərəfi təcili atəşkəsin bərpa dilməsinə çağırıb: "Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ hamısı bizə yad olmayan insanların yaşadığı ərazilərdir. Rusiyada 2 milyona yaxın azərbaycanlının və 2 milyondan çox erməninin yaşadığını söyləmək kifayətdir. Çox sayda Rusiya vətəndaşı hər iki Respublika ilə yaxın dostluq və hətta ailə münasibətləri qurur.

O, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğunu və Rusiyanın bunun qarşısında müəyyən öhdəliklərininvarlığını da dilə gətirib: "Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiya tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə gəlincə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik.

O, həmçinin Ermənistan rəhbərliyi ilə daim əlaqə saxladığınıda deyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84