“Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, olmayanda...” - Nazir

17:40 - 02 İyun
    1670 oxunma

“Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda başqa münasibət olur”. 

Bizimxeber.az bildirirt ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Maliyyə Nazirliyi yeganə orqandır ki, gəlirlərlə bağlı proqnozların azaldılmasında maraqlı deyil: “Maliyyə Nazirliyində xüsusi model var. Modellərdə verilənlərdən çox şey asılıdır. 2019-cu ildə biz vergi sahəsində böyük islahatlara getdik.

Gəlir vergisini faktiki olaraq özəl sektordan götürdük. Bu islahatın əsas məqsədlərindən biri kölgədə olanların aşkara çıxarılmasından ibarət idi. Biz gözləyirdik ki, gəlir vergisi üzrə azalma olacaq. Ancaq sonra biz minimum əməkhaqqını artırdıq və bununla gəlir vergisinin artmasına nail olduq. Yəni iki fakt bir-birini tarazlaşdırdı”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84