Prokurorluq minaya düşən Bəxtiyarla bağlı məlumat yaydı

17:26 - 19 Fevral
    9600 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad ediləņ Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilib.

Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilib̧, həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib, eyni zamanda hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, əslən Laçından olan Bəxtiyar Mahmudov Vətən müharibəsində arxa cəbhədə xüsusi fədakarlığına və qorxmazlığına görə tanınırdı. Hətta hərbiçilər onu qorxmazlığına görə "dəli" adlandırırdılar. O, döyüş zamanı gecə-gündüz bilmədən ön xətdə döyüşən rütbəsindən asılı olmayaraq bütün döyüşçülərimizə daim dəstək olurdu. O düşmənin ən ağır artilleriya zərbələri zamanı belə şəxsi avtomobili ilə postları lazımı qida və digər ehtiyaclarla təmin edən yeganə şəxs idi.  

Allah sənə rəhmət eləsin Şəhidim!

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84