Professor: "Təcili yardım gəlib evdə test götürür, sonra isə..."

12:28 - 21 Dekabr
    950 oxunma

"Təkcə tibdə deyil, başqa sahələrdə də vəziyyət çox dramatik həddə çatıb". 

Bunu açıqlamasında professor Adil Qeybulla deyib. Professor COVİD-19-la bağlı mübarizə tədbirləri çərçivəsində görülən işlərin düzgün təşkil olunmadığını vurğulayıb: "Məsələn, Təcili Tibbi Yardım gəlir evdə xəstədən test götürür, bir həftəyə onun cavabı verilir. Bir həftə ərzində o adam ailədə hər kəsi yoluxdurur və özü də ağırlaşır. Bunun cavabdehliyi kimdədir? Yəni bu kimi problemlər var. İşin təşkilində çox ciddi qüsurlar var".

Adil Qeybullanın fikrincə, bunun səbəbi zamanında təmasların məhdudlaşdırılması ilə bağlı ciddi, elmi cəhətdən əsaslandırılmış tədbirlər görülə bilməməsidir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84