.
.

Prezidentlər koronavirusla mübarizədə əməkdaşlıq barədə danışdı

14:21 - 01 Aprel
    7680 oxunma


Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Bizimxeber.az "Ria Novosti"yə istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər: "İkitərəfli gündəliyin bir sıra aktual məsələlərinə, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərinə toxunulub. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müzakirə olunub" 

Açıqlamada bildirilir ki, liderlər gələcək təmaslar barədə razılığa gəliblər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84