Prezident məhv edilmiş və düşməndən götürülmüş texnikaları açıqladı

17:38 - 09 Oktyabr
    850 oxunma

"Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 "Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i "Akasiya”, 2-si "Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 "Osa”, 2 "Kub” zenit raket kompleksi, 4 "Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 "Kalçuqa” anteni məhv edilib". 

Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib. "Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”, - Prezident vurğulayıb.

Dövlət başçısı bildirib ki, bütün cəbhə boyu döyüşlər gedir. İlham Əliyev Paşinyana xitabən deyib ki, "Kimə yalvarırsan-yalvar, biz öz torpaqlarımızı geri alacağıq".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84