. .

Prezident İsmayıllıda yeni növ dayanacaqla tanış oldu - Fotolar

19:11 - 29 İyul
    5837 oxunma

İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev yeni dayanacaqla tanış olub. 

Bizimxeber.az”ın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezidentə məruzəsində həmin dayanacaqlardan daha 3 yerdə qoyulacağını bildirib:

Prezident İlham Əliyev:  Bu, yeni dayanacaqdır?
Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.Prezident İl
ham Əliyev:
 Gözəldir.
Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?

Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.
Prezident İlham Əliyev: Texnoparkda?
Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.
Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.
Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.
Prezident İlham Əliyev: Çox yaxşı.
Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.





DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84