Prezident doğum günü təbriklərinə belə cavab verdi - Video

21:53 - 24 Dekabr
    1290 oxunma

“Doğum günü münasibətilə mənə çoxsaylı təbriklər, məktublar göndərilir. Bütün bu təbrikləri göndərən insanlara təşəkkürümü bildirirəm”. 

Bunu Prezident İlham Əliyev doğum günü təbrikləri ilə əlaqədar Azərbaycan xalqına təşəkkür videosunda deyib. Birinci Vitse-prezident Mehriban Əliyevanın şəxsi İnstaqram hesabında paylaşdığı videoda dövlət başçısı bildirib:"Heç vaxt öz doğum günümü qeyd etməmişəm. Həmişə doğum günümdə məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşmüşəm.

Bu il isə doğum günüm ərəfəsində Mehriban xanımla birlikdə işğaldan azad edilmiş torpaqlarda – Zəngilan, Qubadlıda olmuşam. Əgər belə demək mümkündürsə, bu günü əsgərlərlə qeyd etmişəm. Bu gün də ailə üzvlərimlə birlikdə Bakıdayam. Bu dəfə də heç bir qeydetmə olmayacaq. Heç nəyi qeyd etməyəcəyik. Sadəcə olaraq, özümüz oturub söhbətləşəcəyik, danışacağıq.

2020-ci il başa çatır. Bu il bizim üçün çox uğurlu olub. Tarixi qələbə, zəfər çalmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olubdur: şəhidlər vermişik. Gənc övladlarımız vətən, torpaq uğrunda həlak olub, şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların yaxınlarına Allah səbr versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin!

Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək. Dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır.

Əminəm ki, Azərbaycan xalqı bu quruculuq işlərində müharibə dövründə olduğu kimi, birlik, həmrəylik göstərərək öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcəkdir. Əziz bacı, qardaşlarım! Bir daha təbriklərə görə təşəkkürümü bildirirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.

Qarabağ Azərbaycandır!”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84