Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:39 - 26 Oktyabr
    1030 oxunma

“Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan bu torpaqlarda yaşayıb, qurub. Qarabağ tarixini yaxşı bilirik və dünya ictimayyətinə çatdırılması üçün son illər ərzində böyük işlər görülüb. 90-cı illərin əvvəlində Azərbaycan haqqında dünyada o qədər böyük təsəvvür yox idi”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezidentin sözlərinə görə, bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər: “Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilib. Bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib.

Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Təsəvvür edin, bu sanksiyalar bu günədək qüvvədədir. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi”.

İ.Əliyev qeyd edib ki, son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq: “Bütün bu görülən işlər bu gün bizə kömək göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var. Biz buna yorulmaz səylərimiz nəticəsində nail olmuşuq. Mən deyəndə ki tarixi ədaləti bərpa edirik. Mən haqlıyam”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84