Prezident Ağdama səfərindən danışdı

18:35 - 23 Noyabr
    1970 oxunma

"Ağdam şəhərini və işğal altında olmuş rayonun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbue etdik ki, Ağdam rayonundan çəkilsin". 

Bunu Prezident İlham Əliyev Ağdama səfər edərkən yol təəssüratlarında bölüşüb.

"Düşmənin Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə biz üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik.

Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də jurnalistləri, əcnəbi jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik", - deyə dövlət başçısı əlavə edib.  

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84