Prezident Administrasiyası "Müsavat" Partiyasına təşəkkür edib

21:06 - 20 Dekabr
    1320 oxunma

"Bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə telefon danışığımız olub. Ə.Vəliyev 44 günlük müharibə dövründə ölkədə milli birlik mühitinin yaranmasında Müsavat Partiyasının xüsusi rolu olduğunu qeyd edib. 

Bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib. 

"Ədalət Vəliyev müharibə günlərində və ondan sonrakı dövrdə irəli sürdüyümüz təkliflərin əsasən qəbul olunub həyata keçirildiyini, bu təkliflərin düşmən üzərində qələbəmizə əhəmiyyətli töhfə verdiyini bildirib. Bütün bunlara görə mənə və Müsavat Partiyasına Azərbaycan hakimiyyətinin minnətdarlığını çatdırıb.

Telefon danışığında Qarabağ bölgəsində indi yaranmış mürəkkəb vəziyyət və bu vəziyyətdən çıxış yolları, həmçinin həmrəylik mühitinin davam etdirilməsi barədə müzakirələrimiz oldu.

Milli birlik mühitinin davam etməsi üçün hakimiyyətin atmalı olduğu addımlar barədə konkret təkliflər verdim. Qarşımızda duran vəzifələrdən biri kimi daxili və xarici siyasətdə ciddi dəyişikliklərin zəruriliyi barədə fikirlərimi çatdırdım.

Bu məsələlər barədə irəli sürdüyümüz və mətbuatda yayılan təkliflərimizi diqqətə almalarını təklif etdim. Yayılan bəzi təhrif olunmuş məlumatlara aydınlıq gətirərərək bildirirəm ki, təqribən 15 dəqiqə ərzində davam edən telefon danışığımızın özəti budur”, -deyə A.Hacılı vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84