“Prado” ilə yük maşını toqquşdu - Ölənlər və yaralananlar var

12:27 - 07 İyul
    5380 oxunma

Sabirabadda iki nəfərin ölümü və iki xəsarətalma ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. 

Hadisə dünən rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu idarə etdiyi “Prado” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan “Shacman” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı “Prado”nun sürücüsü və sərnişini Məmmədova Nigar İxlas qızı dünyasını dəyişib. Digər iki sərnişin- 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı və 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84