Pozner, Solovyov… Əlibəyli və bu sıraya daxil edə bilmədiyim AzTV aparıcıları

18:10 - 22 İyun
    1865 oxunma

“Televiziyalar və verilişləri” silsiləsindən ikinci yazımı təqdim edirəm. Bu gün SPACE-də Elçin Əlibəylinin təqdimatında “El bizim, sirr bizim” və AzTV-də Nailə Babayeva və Həmid Əsədzadənin təqdimatında efirə gedən “Çıxışa doğru” tok-şouları barəsində yazacağam. Əvvəlcə SPACE-də efirə gedən "El bizim, sirr bizim" tok-şousu və aparıcısı Elçin Əlibəyli haqqında. Daha doğrusu əvvəlcə Elçin Əlibəyli haqqında.

Azərbaycan teleməkanında Elçin Əlibəyli qədər təzadlı və ziddiyətli bir fiqur tapa bilməzsiniz. Onun haqqında sosial şəbəkədə qısa bir status yazsan tənqiddən tutmuş, təhqirə qədər hərə bir fikir deyəcək. Özü də bu fikirləri çobanından tutmuş, ziyalısına, jurnalistinə qədər fərqli təbəqənin nümayəndələri bildirəcək. Yəni stabil aparıcı imicinə malik deyil.

Amma kim nə deyirsə desin, Elçin Əlibəyli əsil peşəkardır. Qeyri-rəsmi senzura və qadağalara rəğmən o istədiyi mövzunu, istədiyi qonaqla, istədiyi formada müzakirə edə bilir. Və bunu elə peşəkarcasına edir ki, qadağa qoyanın özü belə başa düşmür ki, nəyi və kimi, niyə və kimə görəsə qadağan etmişdi. İntelekti, söz ehtiyatı və efirdə davranışı onu istənilən vəziyyətdən uduşlu çıxardır.

Onda haqlı sual yaranır. Niyə təzadlı və ən çox tənqid, bəzən isə təhqir olunan aparıcıdır?

Deyim bilin. Əvvəla Pozneri də Rusiyada hamı tənqid edir, Solovyovu isə Rusiyanın 140 milyon əhalisinin bəlkə də yarısı söyür. Amma heç kim nə Poznerə, nə də Solovyova qeyri-peşəkar demir. Çünki onların verilişi idarə etmə taktikası, fikri ifadə etmə metodu qəbul etdiyimiz normalardan kənara çıxdığına görə tamaşaçı heç bir proqramlarını qaçırtmır. Amma məhz qeyri-standart meyyarlara görə də həzm edə bilmir. Bu isə əsəb, qıcıq yaradır.

Elçin Əlibəyli də bu metoddan, amma fərqli formada istifadə edir. O qonağına, tamaşaçısına qarşı çox hirslidir. Bəzən bu hirss ədalət tərəzisində haqsızın çəkisini belə ağır edir. Bu isə Elçin Əlibəylini yekəxana, tamaşaçını və qonağını saymayan, hörmət etməyən bir imicdə göstərir. Verilişində qurşaqdan aşağı fəndlərdən istifadə etdiyi açıq-aşkar hiss olunur. Bunu o qəsdən etdiyini gizlətmir. O bununla cəmiyyətimizin potensial fikir adamlarını, ziyalılarını, incəsənət adamlarını və təəssüfki tamaşaçısını sanki lağa qoyur. Ki, olanınız budur, mənim nə günahım.

Bununla Əlibəyli özünü bu cəmiyyətdən ayırır, konkret sərhəd çəkir və top-tüfənglə müdafiə olunur ki, mən sizdən daha intelektli və üstünəm. Məncə yalnışlıqda burdadır. Səhvi və düzü ilə Əlibəyli bu cəmiyyətin bir parçasıdır. Və onu Pozner və Solovyovdan ayıran cəhət məhz cəmiyyətə münasibətidir. Pozner təmsil olunduğu cəmiyyəti yox, onları bu günə salanı ələ salır. Ona görə cəmiyyəti idarə edənlər tərəfindən söyülür. Solovyov isə təmsil olunduğu cəmiyyəti onu idarə edənlərin ayağının altına atdığına görə söyülür. Amma hər ikisi etdikləri işi peşəkarcasına edir. Elə Elçin Əlibəylidə. O hazırladığı verilişdə peşəkarcasına özünü cəmiyyətin üstündə tutaraq “gör nə gündəsiniz” kimi üslubdan istifadə edir. Ona görə daha çox tənqid edilən və söyülən aparıcılardandır.

AzTV aparıcılarının nərmənazik və incik yeniyetmə olduqlarını nəzərə alaraq, onların Nailəsi və Həmidindən qısa yazacağam. Daha doğrusu yazılası bir məqam yoxdur. Qısa bunu deyim. AzTV məkanında “Çıxışa doğru” verilişini tapıntı kimi dəyərləndirmək olar. Proyekti kim fikirləşibsə ağıllı redaktordur və yaxud müəllifdir. Format və mövzular günün tələbinə uyğundur. Maraqlı və baxımlı epizodlarla qarşılaşmaq olur. Amma…

Nailə xanım Babayeva Xəbərlərdə diktorluq etsə, Həmid Əsədzadə isə İTV-də efirə gedəcək “Popumuz var” verilişində Murad Arifin əvəzinə aparıcı olsa daha məntiqli görsənərdi. Bu qədər…

Şöhrət El-Dəniz


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84