Poroşenko telekanal satın aldı

01:38 - 19 Fevral
    16320 oxunma


Loading...

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Pryamoy” kanalını satın alıb. 

Bizimxeber.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə o, efirlərin birində deyib. Onun sözlərinə görə, kanalın sahibi strukturu 100% özünə məxsus olan “Prime Assets Capital”dır. Poroşenko kanalın borclarını bağlamaq və digər xərclər üçün xeyli vəsait sərf etdiyini söyləyib.

“Avropa həmrəyliyi” partiyasının veb-saytında Poroşenkonun telekanalı keçmiş millət vəkili Vladimir Makeyenkodan aldığı qeyd olunub. Bildirilib ki, “Pryamoy”un bağlanacağı və Makeyenkoya sanksiyalar tətbiq olunacağı məlumatlarından sonra sabiq deputat Poroşenkoya zəng edərək kanalı qorumaq üçün ondan yardım istəyib.

Qeyd edək ki, fevralın əvvəlində Poroşenko Ukraynanın bir sıra müxalifət telekanallarına qarşı sanksiyaları dəstəkləmişdi. Onun sözlərinə görə, bu kanallar “Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin açıq silahı” na çevrilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84