Polşada Ermənistanın təcavüzünü pisləyən bəyanat qəbul olundu

14:27 - 03 Oktyabr
    1335 oxunma

Polşada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-si səhər 6-da Azərbaycan ordusunun mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutuması nəticəsində bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizimxeber.az-a verilən məlumata görə, Polşa Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Assosiasiyası adından yayılan bəyanat bu ölkənin dövlət strukturlarına, beynəlxlaq təşkilatlarının Varşavadakı nümayəndəliklərinə və yerli ictimaiyyətə ünvanlanıb. Bəyanatda qeyd edilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin həlak olması və yaralanması, yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.

Bəyanatda vurğulanır ki, Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” müvafiq qətnamələrinin qəbulundan təxminən 30 il ötməsinə baxmayaraq, hələ də icra olunmadığı bəyanatda əksini tapıb.

Polşada yaşayan soydaşlarımız və Azərbaycan diaspor təşkilatları dünya birliyinə Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxması, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırış edib. 

 
Polşada Ermənistanın təcavüzünü pisləyən bəyanat qəbul olundu
Bizimxeber.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84