Politoloq məktəbdən şikayət etdi, direktor cavab verdi: “İkinci dəfədir ki...”

17:46 - 16 Fevral
    13400 oxunma

Bakıda 167 saylı orta məktəbdə istilik sistemi işləmir. 

u barədə politoloq Elxan Şahinoğlu məlumat verib. O bildirib ki, uzun fasilədən sonra məktəbə gedən qızı oradan evə xəstə qayıdıb: "Qızım yenidən məktəbə gedəcəyi günə sevinirdi. Bu gün gedib məktəbə, soyuqlayıb geri dönüb. Təhsil Nazirliyinə müraciət edirəm, bir ilə yaxındır məktəblər bağlıdır, kifayət qədər zamanınız olub, niyə məktəbləri açmağa hazırlaşdığınız günlərdə istiliyin verilib-verilməməsiylə maraqlanmamısınız?

Mən siyasi ekspertəm və heç zaman əsası olmayan xəbər paylaşmıram. Qızım donmuş halda evə gəlib. İstilik sistemi lazımi səviyyədə işləsəydi, övladım üşüməzdi. Mən gördüyümə inanıram”. 

167 saylı orta məktəbin direktoru Qasım Qasımov politoloqun şikayətini cavabsız buraxmayıb:

"Bununla ikinci dəfədir məktəb haqqında yanlış və əsası olmayan məlumat verirsiniz. Məktəbdə istilik sistemi normaldır, tam nəzarət altındadır, şagirdlər və məktəblinin dostu da təsdiq edə bilər. Məktəbə bir valideyn kimi gəlib canlı şahidi ola bilərsiniz. Mərkəzləşdirilmiş istilik sistemi olsa da, istilik normal halda verilir. Məktəb-valideyn münasibətlərinin düzgün istiqamətdə qurulmasına xüsusi diqqət yetirilir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84