Polis maska taxmayanlara qarşı reyd keçirir - Video

12:33 - 10 May
    6010 oxunma

Bərbər və gözəllik salonlarında,ticarət mərkəzlərində və avtobus dayanacaqlarında bəzi vətəndaşlar tibbi maskadan istifadə etmirlər. Halbuki, koronavirus infeksiyasının profilaktikasına dair metodik vəsaitdə qoruyucu maskadan istifadənin məcburi olduğu bildirilir. Bu məqsədlə polis Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektlərində reyd keçirib.

Bir çox xidmət və ticarət müəssisələrində proflaktik qaydalara riayyət olunmur. Apardığımız müşahidə belə deməyə əsas verir. 

Bura paytaxtın Nəsimi rayonu ərazisi,metronun Memar Əcəmi stansiyasının yaxınlığıdır. Nəsimi rayon polis idarəsinin əməkdaşları iştirakı ilə keçirilən reyd zamanı xüsusəndə xidmət sahələrində çalışan bəzi şəxslərin koronovirus infeksiyasının profilaktikasına dair metodik vəsaitdə nəzərdə tutulan qaydlara əməl etmədiyi ortaya çıxdı. 

Məsələn metodik vəsaitdə göstərilən qaydalara görə Bərbər və Gözəllik salonlarında -əməkdaşların və müştərilərin tibbi maskadan istifadə etməsi məcburidir.Ancaq çəkiliş apardığımız salonlarda bu qaydaya əməl etməyənlər aşkar edildi. 

Saçını kəsdirməyə gələn bu şəxsin isə sms icazə almadığı məlum oldu. Metodik vəsaitdə qeyd olunan qaydalardan biri də ticarət mərkəzlərinin daxilində tibbi maskanın istifadəsinin məcburi olması ilə bağlıdır.Ancaq reyd zamanı satıcıların tibbi maskadan istifadə etsələrdə,müştərilərin bəziləri bu qaydanı pozurlar.

Avtobus dayancaqlarında ara məsafəsi saxlamamaaq bir yana,əskər sərnişinlər tibbi maskadan da istifadə etmirlər.Eyni zamanda yol boyu hərətk edən bəzi vətəndaşlarda sağlamlıqlarını təhlükəyə atırlar.

Qeyd edək ki,qaydaları pozan vətəndaşlar barəsində inzibati qaydada cərimə tətbiq edildi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84