Polis əməliyyat keçirdi: 30 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO/VİDEO

13:47 - 09 Fevral
    8960 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyat zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram psixotrop maddə metamfetamin, həmçinin  1100 ədəd güclü təsiredici xassəyə malik “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Altay Əhmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib.  Daha sonra o, narkotik vasitələri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Altay Əhmədov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri, eləcə də ölkə ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli olub.

Qeyd edək ki, saxlanılan şəxs narkotik vasitələrin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və digər bu kimi maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. O, narkotik vasitələrin satışını təşkil edən zaman tanınmamaq və gizliliyini qorumaq üçün ünsiyyətdə olduğu şəxslərə özünü “Bağban” adı ilə təqdim edib.

Altay Əhmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84