“Planet Parni İz Baku” cərimələndi

16:11 - 11 Sentyabr
    2780 oxunma

“Planet Parni İz Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.

Protokola Səbail  Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq və müvafiq qərar veriləcək. Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84