Plagiat nazir istefa verdi
-
1490 oxunma

Avstriyanın Əmək, ailələr və gənclər naziri Kristine Aşbaxer vəzifəsindən istefa verib. Bu barədə nazirliyin mətbuat xidmətinə istinadən TASS bildirib.
Qeyd edilir ki, buna səbəb ona qarşı irəli sürülən plagiat dissertasiya ittihamlarıdır. "Ailəm və mən görürük ki, KİV, siyasi opponentlər mənə ədalətli yoxlama prosesi aparmağa imkan vermir və məni tələsik ağlasığmaz surətdə ittiham edirlər. Bu səbəbdən vəzifəmdən istefa verirəm", - Aşbaxer bildirib.
Aşbaxer barəsində plagiatlıq ittihamlarını müstəqil ekspert irəli sürüb. O iddia edir ki, Aşbaxerin dissertasiya işinin xüsusi hissələri konkret istinadlar olmadan köçürülüb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84