Peyvənd vurdurmayanlar Avropaya buraxılmayacaq? - Aİ-dən rəsmi açıqlama  

15:36 - 07 Yanvar
    950 oxunma

Avropa Birliyinə birliyə daxil olmayan ölkələrdən girişlə bağlı tətbiq olunan müvəqqəti məhdudiyyətlər vaksinasiyadan asılı deyil. Bunu Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqından bildiriblər. 

Qeyd edək ki, sosial şəbəkələrdə Avropa İttifaqının COVID-19-a qarşı peyvəndlənməni təstiq edən yeni Avropa pasportları tətbiq etdiyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, yalnız Aİ tərəfindən sertifikatlaşdırılmış Moderna və Pfizer ilə peyvəndlənmiş şəxslər Aİ-yə Şengen vizası ala biləcəklər.

“Biz bu məlumatı təstiq edə bilmərik. Hazırda Aİ-yə üzv ölkələr təşkilata üzv olmayan dövlətlərdən (bir sıra dövlətlər istisna olmaqla) Aİ-yə girişlə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edirlər ki, bu da vizaların verilməsinə təsir göstərir. Lakin bu vaksinasiyadan asılı deyil. Hazırda biz bu siyasətlə bağlı hər hansı mümkün dəyişikliklər barədə əvvəlcədən məlumat verə bilmərik”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84