Peskovdan Navalnının həbsi ilə bağlı daha bir AÇIQLAMA

15:56 - 28 Yanvar
    8680 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Kreml Rusiyada bəzi müxalifçilərin həbs olunmasını müdafiə edib.

Bizimxeber.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov saxlanılan Aleksey Navalnının sərbəst buraxılması üçün keçən həftə ölkədə keçirilən etiraz nümayişlərindən sonra müxalif insanların tutulmasının qanunauyğun şəkildə olduğunu qeyd edib.

Rusiyadakı nümayişlərdən əvvəl narahatlıqlarını dilə gətirdiklərini qeyd edən Peskov "Rusiyanın qanunları dəfələrlə pozulub. Hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi hərəkətlər vacibdir”,- deyə bildirib.

Xatırladaq ki, yanvarın 28-də Rusiya polisi həbsdə olan rəqibi Aleksey Navalnının paytaxt Moskvadakı mənzillərində və Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici casus” siyahısına daxil edilən Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində axtarışlar aparıb. 

Navalnının qardaşı Oleq Navalnı, vəkili Lubov Sobol və şəxsi həkimi Anastasiya Vasilyeva polis tərəfindən nəzarətə alınıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84