.
.

Peskov "İsgəndər" qalmaqalını şərh etdi - "Kremldə belə bir məlumat yoxdur"

14:53 - 02 Aprel
    9800 oxunma


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda döyüşlər zamanı "İsgəndər" raketlərindən istifadəyə dair iddiaları şərh edib. 

Bizimxeber.az bildirir ki, jurnalistlərə açıqlamasında Peskov deyib ki, bir neçə gün əvvəl "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən tətbiq olunması ilə bağlı məlumatlar alt-üst olmuşdur.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, hazırda Kremldə azərbaycanlı hərbçilərin tapdığı bu kompleks qalıqlarının haradan atılması ilə bağlı heç bir informasiya yoxdur. "Bildiyimə görə, bu, yeni məlumatlardır. Hərbçilərin bu barədə müfəssəl məlumata malik olub -olmadığı mənə məlum deyil", - deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri Qarabağda eskalasiya zamanı Ermənistanın istifadə etdiyi "İsgəndər" raketlərinin qalıqlarını aşkarlayıb. Raket parçaları Azərbaycan Respublikası ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən tapılıb. ANAMA bəyan edib ki, iki raketin fraqmentləri martın 15-də Şuşa şəhərində minalardan təmizləmə aparılan zaman aşkar edilib. Hazırda raketlərin modifikasiyası dəqiqləşdirilir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84