. .

“Pərviz məclisə gələndə quyruq bulayır”

11:13 - 14 Aprel
    55115 oxunma

Meyxanaçı Vüqar Əbdülov həmkarı Pərviz Bülbüləni sərt tənqid edib. O, “Səhər-Səhər” proqramında Pərvizin ciddi meyxana ilə məşğul olmadığını, onu iştirak etdiyi məclislərdə görmədiyini bildirib: 

“Meyxana ciddi bir sənətdir. Amma bəziləri janr olaraq şit təqdim etdilər. Bir nəfəri ortaya salıb başında fırlanırlar. Buradan Pərvizə səslənirəm. Ayıb olsun! Meyxanada belə şeylər etmək lazım deyil.  Meyxananı yüksək arenaya çıxarmaq əvəzinə uşaqlara vermişik ki, xırdala! Ustadlara qulaq asmaq lazımdır!

Bir neçə dəfə Pərvizə demişəm. Tək o deyil. Ona qoşulan bir-iki nəfər də var. Onlar başqa cür deyirlər. Söyləyirlər ki, bu, mənim layihəmdir, yutub səhifəmə qoyuram. Guya meydançası ayrıdır.

O meydançada olanı da biz yaxın buraxmırıq. Neçə dəfə görmüşəm ki, axşamlar bir tədbirə dəvət edəndə deyirlər ki, Pərvizi çağırmayın. Məclisə gələndə quyruq bulayır, meydanda oynaya bilmir. Janrını, səmtini dəyişib. Biz oynayanı oynaya bilmir”.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84