Pərvin baş tutmayan toyundan DANIŞDI - Video

15:44 - 28 Avqust
    10890 oxunma

Tanınmış aktrisa Pərvin Abıyeva baş tutmayan toyundan danışıb.

Bizimxeber.az xəbər verir ki, sənətçi bu haqda MTV telekanalında yayımlanan "10da görüşək" proqramında danışıb. Keçmiş sevgilisi haqda danışan Pərvin sevgilisinin ona ümid versə də daha sonra münasibətlərinin alınmadığını bildirib: 

“Keçən ilin oktyabr ayında ailə quracağımı demişdim, dedim sonra da yedim. Alınmadı da, qardaş, nə edim, olmur.  Həmin vaxt sevgilim vardı. Tutaq ki, bir sevgilin var, sənətindən asılı olmayaraq səni qəbul edir, ailə qurmağa hazırlaşırsan, şadlıq sarayı, qız evi, oğlan evi danışır filan. Mən özbaşına çıxıb o sözü deməmişəm. Demək ki, qarşı tərəf mənə ümid verib, söz verib ki, mən də çıxıb efirdə rahat-rahat danışmışam. Sonra isə alınmadı, olmadı. Elə yaxşı ki, alınmadı”. 

Xatırladaq ki, Pərvin Abıyevanın polis sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılmışdı. Daha sonra cütlük münasibətlərini sonlandırmışdı. 

Həmin görüntüləri təqdim edirik:

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84