Pentaqon F-35-lərin seriyalı istehsalını təxirə saldı

01:28 - 04 Yanvar
    960 oxunma

Pentaqon beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin tammiqyaslı istehsalını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib («Bloomberq»). İdarə döyüş maşınlarının sınaqlarını nə vaxt keçirəcəyini göstərməyə hələ hazır deyil.

Sınaqlar 2017-ci ildən bəri təxirə salınmaqdadır. Son dəfə sınaqlar 2020-ci ilin dekabrına təyin olunmuşdu, kütləvi istehsala isə bu ilin martından gec olmayaraq başlamaq barədə qərar verilmişdi. Pentaqonun mətbuat katibinin müavini Ellen Lordun sözlərinə görə, təxirə salmanın səbəbi «texniki problemlər və Covid-19 pandemiyasının təsiridir». Yeni tarix isə müstəqil texniki ekspertizanın nəticəsindən asılı olaraq müəyyən ediləcək.

«Bloomberq» qeyd edir ki, testləşdirmədən sonra məlumatların analiz olunmasına, ardınca isə Pentaqon və Konqres üçün yekun hesabatın hazırlamasına daha 2-3 ay vaxt lazım gələcək.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84