Pənah Hüseyn və partiyası vətən müharibəsində ordu və Ali Baş Komandanlıqla bir yerdə olduğunu bəyan etdi

14:24 - 27 Sentyabr
    420 oxunma

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn işğalda olan ərazilərimizin azad edilməsi üçün Azərbaycan ordusuna, dövlətə, Alıi Baş Komandana dəstəyini bəyan edib.

Bu barədə Musavat.com-a açıqlamasında Pənah Hüseyn bildirdi ki, Ermənstan açıq-aydın şəkildə yeni təcavüzkar müharibəyə əl atıb və Azərbaycanın yeni ərazilərini işğal etmək istəyir. Azərbaycan ordusu isə öz borcunu yerinə yetirərək təcavüzkarın qarşısını kəsir və bunun üçün gərəkən addımları atır: “Bu vətən müharibəsidir, Azərbaycan dövlətinin, xalqının, ordusunun haqq işidir. Vətən, torpaq, namus uğrunda savaş gedir.

Bu savaşda Azərbaycan xalqı siyasi mənsubiyyətindən, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq uşaqdan böyüyə yumruq kimi təcavüz əleyhinə birləşib və işğal altında olan torpaqlarımızın azad olunması üçün vuruşmağa hazırdır. Azərbaycanın siyasi qüvvələri, o cümlədən siyasi müxalifəti bütünlüklə işğalçı düşmənə qarşı aparılan bu savaşda dövlətlə, ordu ilə, Ali Baş Komandanlıqla bir yerdə olduğunu bəyan edir.

Mənim rəhbəri olduğum Azərbaycan Xalq Partiyasının Siyasi Şurasının üzvləri məslhətləşmələrdən sonra hamı bir nəfər kimi ümumi səfərbərlik olması və əli silah tutan bütün partiya üzvlərinin cəbhəyə yollanmağa hazır olduğu barədə rəsmi bəyanat da yayıb”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84