Pənah Hüseyn peyvənd olunsa da koronavirusa yoluxdu
-
5480 oxunma

Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Bu barədə danışan partiya sədri COVID-19 əleyhinə peyvəndləmədə iştirak etsə də, yoluxduğunu bildirib: "Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.
Qeyd edək ki, P.Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: "Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar".
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84