. .

Paytaxt meriyasının layihəsinə Nəsimi rayonu da qoşuldu

13:23 - 26 Mart
    9682 oxunma

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası Nərimanov və Nizami rayonunda uğurla həyata keçirilir.

BŞİH-dən verilən məlumata görə, aprelin 1-dən Nəsimi rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar ilk növbədə Nəsimi rayonu ərazisində 386 ədəd konteyner meydançası yaradılaraq, yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. 

Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.



DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84