. .

Paşinyanla Putin Azərbaycanın əvvəlki mövqelərinə geri çəkilməsi razılığına gəlib?

11:41 - 14 May
    2324 oxunma


Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat xidməti Putinlə söhbətin yeni təfərrüatlarını açıqlayıb.

Bizimxeber.az "Sputnik-Armenia"ya istinadən bildirir ki, Ermənistan hökumətinin açıqlamasında deyilir ki, Ermənistan və Rusiya liderləri telefon danışığı zamanı Azərbaycan qüvvələrinin əvvəlki mövqelərinə geri çəkilməsinin vacibliyi barədə razılığa gəliblər.

Lakin Kremlin telefon danışıqlarının məzmunu ilə bağlı press-relizlərinin bir qədər fərqlənməsi maraq doğurur.

Erməni tərəfinin açıqlamasında xüsusən, Ermənistan və Rusiya liderlərinin Azərbaycan silahlı qüvvələrinin öz mövqelərinə geri çəkilməsinin vacibliyi barədə razılığa gəldikləri bildirilir. Kremlin bir az əvvəl telefon danışığının təfərrüatları ilə bağlı açıqlamasında isə belə bir şərt yer almırdı.

Rusiyanın açıqlamasında deyilir ki, Putin vəziyyətin daha da gərginləşməsini qəbuledilməz hesab edir, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğunlaşmaq üçün şəraitin tez bir zamanda sabitləşəcəyinə ümidvar olduğunu bildirir. Ermənistan tərəfi isə Azərbaycan qüvvələrinin əvvəlki mövqelərinə geri çəkilməsinin vacibliyi barədə razılığa gəlindiyini yayır.

Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84