. .

Paşinyanı Sünikdən “Alfa” dəstəsi qaçırıb

15:25 - 21 Aprel
    10373 oxunma

Paşinyanın Sünikə səfəri zamanı onu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Alfa” dəstəsi qoruyub və uzaqlaşdırıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Hraparak.am dəstənin zabitlərini görən Syunikdəki mənbələrinə istinad xəbər yayıb.

“Paşinyanı qorumaq üçün Yerevandan 2000 polis zabitini Sünikə göndərilib. Amma polis qüvvələrinə inanmadığ üçün Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları da baş naziri qorumaq üçün Sünikə gedib.

Dərgi yazıb ki, "Alfa" dəstəsinin Paşinyanı qoruması ermənilərin qəzəbinə səbəb olub. Onlar bu dəstəinin işinin Paşinyanı deyil, ən çətin tapşırıqları yerinə yetirmək,  terrorçuları zərərsizləşdirmək üçün hazırlandıqlarını bildiriblər.

"Bu bölmənin kiminsə mühafizəçisi olmaq missiyası yoxdur ”deyə Hraparak.am qeyd edir.

Son məlumata görə, insanların etirazı ilə qarşılanan Paşinyanı ərazidən elə "Alfa" dəstəsi çıxara bilib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84