Paşinyanın seçki təklifinə sərt cavab

23:24 - 26 Dekabr
    1830 oxunma

Ermənistanın müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə çağırışını qəbuledilməz sayır.

Bu barədə Saqatelyan Feysbuk səhifəsində yazıb: “Bu variant qəbuledilməzdir. Bir yol var  - satqının hakimiyyətdən uzaqlaşdırılması. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”.

O həmçinin əlavə edib ki, Paşinyan “boşluqlar axtarır” və xalq adı arxasında gizlənməyə çalışır, əslində isə insanları aldadır. Xatırladaq ki, Nikol Paşinyan ötən gün 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün siyasi qüvvələri məsləhətələşməyə dəvət etmişdi.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84