Paşinyanın parlament fraksiyası parçalanır

19:59 - 20 May
    2365 oxunma

Ermənistanda hakim “Mənim addımım” parlament blokunun deputatları yeni fraksiya yaradacaq.

Bizimxeber.az xəbər verir ki, bunu “Past” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyanın sədri, hakim blokdan olan deputat Ruben Rubenyanın mandatını təhvil verəcəyi barədə yayılan xəbərlər doğru deyil: “O, “Mənim addımım” fraksiyasından çıxacaq. Ona hakim blokdan bir neçə deputat da qoşulacaq. Onlar qeyri-rəsmi olaraq müstəqil deputatlar qrupu yaradacaqlar. Bu qrup baş nazirin müavini Tiqran Avinyanın nəzarəti altında fəaliyyət göstərəcək”.

“Past”ın qənaətincə, hakimiyyətin parlamentdəki Avinyan qanadı Ruben Rubinyanın rəhbərliyi ilə müstəqil “qrup” olaraq fəaliyyət göstərəcək.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84