Paşinyanın Moskva səfəri Ermənistanda panika YARATDI
-
780 oxunma

Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb. Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.
“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan düşmənə Ermənistanın bir hissəsini verməyi düşünür”- deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib.
Etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84