.
.

“Paşinyanın istefasının tələb edilməsi hərbi çevriliş cəhdi deyil”

22:45 - 12 Mart
    6120 oxunma


“Silahlı Qüvvələrin Baş qərargahının baş nazir Nikol Paşinyanın və bütün hökumətin istefasını tələb etməsi hərbi çevriliş cəhdi deyil”. 

Bizimxeber.az xəbər verir ki, bunu “Al Arabiya” kanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib.

O bildirib ki, Ermənistanda hərbi çevriliş elementləri yoxdur: “Bu, Baş qərargahın bir neçə üzvlərinin mövqeyi, sadəcə siyasi bir bəyanat idi və bu da özü-özlüyündə hərbi çevriliş cəhdi anlamına gəlmir. Ermənistanda hərbi çevrilişin elementləri yoxdur”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84