Paşinyanın arvadı qadınları tüfənglə ön cəbhədə toplayır

17:17 - 19 Sentyabr
    1825 oxunma

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir. Bu barədə Anna Akopyanın rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçiriləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaş arası qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək və xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək. Qeyd edək ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi. Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84