Paşinyanın ailəsi Moskvanın elit restoranında - FOTO

13:56 - 18 Yanvar
    6080 oxunma


Ermənistan KİV-ləri Baş nazir Nikol Paşinyanın ailəsinin Moskvadakı macəraları haqqında yeni məlumatlar əldə edib. Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın hələ də Rusiya paytaxtındakı bahalı restoranlarda əyləndiyi deyilir.

Ötən gün Anna Akopyanın gizli çəkilən görüntüləri yayılıb. Həmin vaxt onun qızı ilə “Turandot” restoranından qayıtdığı bildirilir. “Paşinyanın ailəsi Ermənistanda yaratdıqları fəlakətə baxmayaraq, Moskvanın elit restoranlarında həyatdan zövq almağa davam edirlər”,- deyə erməni mətbuatı yazıb.

Xatırladaq ki, ötən həftə Anna Akopyan və övladlarının başqa bir restoranda ziyafət təşkil etmələri ilə bağlı fotolar yayılmışdı. /Azvision.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84