Paşinyanın ailəsi Moskvada təhqir edildi

09:34 - 15 Yanvar
    4720 oxunma

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla qızları Moskva aeroporlarının birində görüntüləniblər. Bizimxeber.az “Mediaport” teleqram kanalına istinadən xəbər verir ki, aeroportda rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş zala daxil olan Rusiyanın erməni icmasının nümayəndələri Anna Akopyanla qızlarının ünvanına “satqınlar”, “eybəcərlər ailəsi” kimi təhqiramiz ifadələr səsləndiriblər.

Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və VIP-zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısından avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları təhqir etməyə davam ediblər.

Xatırladaq ki, daha əvvəlki iddiaya görə, Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizlicə Moskvaya gedib. “News.am” saytının Moskvadakı mənbəsi isə Paşinyanın ailəsinin Moskvaya mənzil axtarmaq üçün getdiyini bildirib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84