. .

Paşinyanı Qafandan da qovdular - VİDEO

16:10 - 21 Aprel
    8339 oxunma

Sünikdən qovulan Ermənistanın baş naziri Nikol Paşinyan Qafanda da etirazçılarla qarşılaşıb.

Bizimxeber.az erməni KİV-lərinə istinadən bildirir ki, Paşinyanın Qafan rayonuna gələcəyini bilən ermənilər aksiya keçirərək onu xain adlandırmaqla yanaşı rayondan tez çıxıb getməsini tələb ediblər.

"Biz istəmirik ki, Nikol Paşinyan Qarabağ müharibəsində həlak olanların məzarlarını ziyarət etsin" deyən etirazçılar yolu bağlı saxlayacaqlarını bildiriblər.

“Nikolu sevən insanlar var. Məsələn, bir kişinin üç oğlu var, hamısı Rusiyadadır və Nikol onun üçün yaxşıdır ... Xatirə kompleksinə çıxmasına imkan verməmək üçün burada dayanacağıq. Qafandan ayrılsın, ona ehtiyacımız yoxdur. Burada ona yer yoxdur ”deyə müharibə iştirakçılarından biri jurnalistlərə açıqlamasında deyib.

Paşinyan regional administrasiyanın binasından çıxan kimi etirazçılar “Nikol xaindir!” şüarları səsləndirməyə başlayıblar.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84