Paşinyandan döyüşləri dayandırmağı Arayik də xahiş edib

12:02 - 13 Noyabr
    1470 oxunma

Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Arayik Arutyunyan hərbi əməliyyatları dayandırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana müraciət etdiyini etiraf edib.

Separatçı rejimin “başçı”sı bu barədə öz feysbuk hesabında açıqlama verib. “Döyüşlərə son qoymaq məqsədilə özüm də Ermənistanın Baş nazirinə müraciət etdiyimi bir daha təsdiqləyirəm. Bu qərar silahlı qüvvələrin komandanlığının belə bir ehtiyac üzərində israr etməsi və hərbi vəziyyətin nəzərə alınması yönündə qəbul edilib”,- deyə Arutyunyan qeyd edib.

Onun sözlərinə görə, erməni tərəfinin müəyyən ciddi problemləri var idi, bu şəraitdə müharibənin davam etməsi daha böyük insanın və hər şeyin itirilməsinə səbəb olacaqdı. Xatırladaq ki, iki gün öncə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan açıqlama verərək bildirmişdi ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı qərar onun təklifi ilə verilib. 

O, Baş nazir Nikol Paşinyanın vəziyyətin çoxşaxəli və çoxtərəfli qiymətləndirilməsindən sonra sənədi imzalamağa qərar verdiyini qeyd etmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84