Paşinyana verilən vaxt bitdi - Müxalifət xalqı vətəndaş itaətsizliyinə çağırdı

12:59 - 08 Dekabr
    1720 oxunma

Ermənistanın 16 müxalif partiyası istefa üçün Nikol Paşinyana verilən müddət bu gün İrəvan vaxtı ilə saat 12:00-da bitdiyi üçün vətəndaş itaətsizliyi aksiyalarına başlamağı planlaşdırır.

Bizimxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın ultimatuma məhəl qoymaması səbəbindən müxalif partiyalar tərəfdarlarını küçələrə çıxarmağa başlayıb.

“ARF Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan feysbuk hesabındakı videomüraciətində, Ermənistan vətəndaşlarını Nikol Paşinyanın istefa etməməsinə cavab olaraq ölkədə vətəndaş itaətsizliyinə başlamağa çağırıb.

“Bu andan etibarən saat 17: 00-a qədər Ermənistan Respublikası vətəndaşlarının narazılıqlarını və tələblərini səlahiyyətlilərə çatdırmaq üçün dinc itaətsizlik aktları etmək üçün qanuni haqları var”,- deyə Saqatelyan qeyd edib.

Vətəndaş itaətsizliyinin kütləvi aksiyaları keçid hökuməti baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürən 16 müxalifət partiyası tərəfindən təşkil olunur. Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da ölkənin vətəndaş müharibəsi təhlükəsi altında olduğunu bildirərək Nikol Paşinyanı istefaya çağırmışdı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84