Paşinyan özünü rüsvay edir: ingilis dili müəllimini səfir göndərir?

14:18 - 29 Yanvar
    8200 oxunma


44 günlük savaş başa çatandan etibarən məğlub Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkədə sosial gərginlik yüksəlir, əhalinin yaşayış səviyyəsi günbəgün aşağı enir. Nazirlərdən, qubernatorlardan sonra peşəkar diplomatların narazılığı artır, onlar kütləvi şəkildə istefa ərizələri yazırlar. Təcrübəli diplomatlar baş nazir Nikol Paşinyanı bu sahədə siyasi və rüsvayçı sayılacaq dərəcədə zəif təyinatlardan biri adlandırır. 

Ermənistanın “Past” qəzetində verilən məlumata görə, Xarici işlər naziri Ara Ayvazyanla N. Paşinyan arasındakı münasibətlər də isti deyil. Yaxın gələcəkdə Ayvazyanın özünün də istefasının mümkün olacağı bildirilir.

Düşmən ölkədəki xaotik siyasi durumu şərh edən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili “Sherg.az”a söyləyib ki, N.Paşinyanın komandasında maraqlı proseslər baş verir: “Bu proseslərin nəzdində ya Nikol Paşinyan öz hərəkatını yenilməli, baş verən uğursuzluğu hakimiyyətin üzərinə yıxmalıdır, ya da onun ətrafındakı adamlar Paşinyandan xilas olmalıdırlar.

Diplomatların narazılığı odur ki, vaxtilə özünə ingilis dili öyrətmiş şəxsi Amerikaya səfir göndərmək istəyir. İngilis dili müəllimini ABŞ-a səfir göndərmək digər diplomatların peşə etikasına zidd görünür. Diplomatlar ayrıca təbəqədir. Onlar o pilləyə yüksəlmək üçün çox işləyirlər. N. Paşinyanın yaxınlığı  olan müəllim gəlir xaricdə səfir olur.

Ona görə də hazırda XİN-in  daxilində müəyyən gərginlik var. N. Paşinyanın öz müəllimini səfir təyin etməkdə israrlı olması Ermənistan XİN-nin daxilinə uzunmüddətli “bomba”nın qoyulması deməkdir. Bu addım, indi də olmasa, yaxın illərdə Ermənistan XİN-nin ciddi zəifləməsinə gətirib çıxara bilər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84