Paşinyan yeni parlament seçkilərinin anonsunu verdi
22:40 - 25 Dekabr
-
1480 oxunma

Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.
N.Paşinyan bu barədə öz “Facebook” səhifəsində açıqlama yayıb. “Mən xalqın qərar verəcəyi təqdirdə baş nazir postundan getməyə hazıram. Tutduğum bu postu yalnız xalqın qərarı ilə tərk edə bilərəm”, - deyə N.Paşinyan yazıb.
Ermənistanın baş naziri əlavə edib ki, ölkəsində hökm sürən xaosdan qurtulmağın yalnız bir yolu var - növbədənkənar parlament seçkilərinin keçirilməsi.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84