. .

Paşinyan "tarana" gedir - daha bir general həbs olundu

17:18 - 09 Mart
    7540 oxunma

Ermənistan Silahlı Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan barəsində cinayət işi açılıb. Bizimxeber.az-ın erməni mətbuatına istinadən  verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi bildirib. 

İstintaq məlumatlarının məxfiliyi baxımından cinayət işinin və ittihamın məzmunu haqqında əlavə məlumat verilməyib. Lakin sosial şəbəkələrdə generalın məhz Zəngilan ərazisinə göndərdiyi erməni hərbiçilərin Azərbaycan ordusu tərəfindən kütləvi şəkildə əsir götürülməsinə görə həbs olunduğu bildirilir.

Mətbuat katibi əlavə edib ki, tədqiqat İstintaq Komitəsinin hərbi müstəntiqləri tərəfindən aparılır. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84