Paşinyan Şuşa ilə bağlı ünvanlanan suala BELƏ REAKSİYA VERDİ

12:13 - 28 Yanvar
    8280 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin Şuşa ilə bağlı sualını cavabsız qoyub. Turkustan.info xəbər verir ki, “Yerablur” hərbi panteonunu ziyarət edən baş nazir media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib.

Jurnalistlərdən birinin Şuşanı Azərbaycan şəhəri hesab edib-etməməsinə Paşinyan yazılı sitat gətirəcəyi təqdirdə cavab verəcəyini deyib. Jurnalist isə ona parlamentdəki çıxışını nümunə gətirib.

Lakin baş nazir bu dəfə cavabdan boyun qaçırmaq üçün sualı yazılı şəkildə ünvanlamağı bəhanə edib. Qeyd edək ki, Paşinyan 21 yanvarda parlamentdəki çıxışında müharibədən əvvəl Şuşa əhalisinin 90%-nin azərbaycanlılardan ibarət olduğunu bildirmişdi.

Ermənistan mediası sualı “təxribat xarakterli” adlandırıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84