. .

Paşinyan Rusiyadan Ermənistanda ikinci AES tikməsini istəyir

17:38 - 07 Aprel
    9423 oxunma

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini respublikada yeni bir atom elektrik stansiyası tikilməsi imkanlarını nəzərdən keçirməyə dəvət edib. 

Nikol Paşinyan bu barədə bu gün Putinlə görüşündə bildirib.

“Ümid edirəm ki, bu gün strateji investisiyalarla əlaqəli bəzi məsələləri müzakirə edəcəyik və bu mənada bu gün sizinlə Ermənistanda yeni bir atom elektrik stansiyası tikmək imkanlarını müzakirə etmək istəyirəm”,- deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES Cənubi Qafqazdakı yeganə atom elektrik stansiyasıdır və Ermənistanda istehsal olunan elektrik enerjisinin üçdə birindən çoxunu istehsal edir.

2004-cü ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan tərəfi bu təkliflə razılaşmamışdı.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84