Paşinyan Putinə iclas zamanı dayanmadan zəng etdi - Video

13:02 - 05 Oktyabr
    1555 oxunma

Sentyabrın 27-dən Azərbaycana qarşı davamlı təxribatlar törədən işğalçı Ermənistan rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinə tez-tez zəng etdiyini göstərən görüntülər yayılıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı xəbər süjeti hazırlayıb. 

Süjetdə qeyd olunub ki, Vladimir Putinin ötən gün keçirilən hökumət nümayəndələri ilə videokonfrans zamanı iş telefonuna fasiləsiz zənglər gəlib. Rusiya Prezidentinə kimin zəng etdiyi dəqiq bilinməsə də, zəng edənlər arasında Ermənistan Baş Naziri Nikol Paşinyan və Fransanın Prezidenti Emmanuel Makronun olduğu ehtimal olunur.

Putinin zənglərin birinə cavabında isə “Sonra zəng edərəm, indi məşğulam” deməsi diqqətlərdən yayınmayıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84