Paşinyan məzarlığa polis gücü ilə daxil oldu - Video+Yenilənib

17:32 - 19 Dekabr
    1430 oxunma

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanda vəziyyət gərgin olaraq qalır. 

Bu dəfə müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, adi vətəndaşlar və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanı “Yerablur” qəbiristanlığına buraxmaq istəmir. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır. Polis qüvvələri məmurlara yol açmağa çalışır. Polislə Paşinyana etiraz edənlər arasında gərginlə baş verir.

Qeyd edək ki, dekabrın 19-dan Ermənistanda 3 günlük matəm başlayıb. Nikol Paşiyan hökumət üzvləri, məmurlar və tərəfdarları ilə birlikdə hökumət binasının qarşısından qəbiristanlığa matəm yürüşü edib.

***

Paşinyan polis gücü ilə məzarlığa daxil olub. Bu zaman ona qarşı şüarlar səsləndirilib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84